“Neftçi” daxilində yeni komanda yarandı
28 fevral 2011 19:07 (UTC +04:00)

“Neftçi” daxilində yeni komanda yarandı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, B komandası adlanacaq kollektivi qurmaqda məqsəd flaqmanın məşqlərində iştirak edən 450-dən çox azyaşlı arasından ən perspektivliləri üzə çıxarmaqdır.


Klub rəhbərliyi 1992 - 1996-cı il təvəllüdlü istedadlı oyunçuları gələcəkdə əsas komandaya qazandırmaq məqsədi güdür. B komandasına cəlb olunacaq futbolçular, təcrübəli mütəxəssis Nazim Əliyev və komandanın fiziki hazırlıq üzrə məşqçisi Mehmet Akın rəhbərliyi altında hazırlaşacaqlar. Onlar bu məşqlərdə iştirak etməklə, əsas komandada tətbiq edilən oyun modelini də dərindən mənimsəyəcəklər. Beləliklə gələcəkdə onlar əsas komandanın üzvlərinə çevrildikdə yeni sistemə uyğunlaşmaq problemi ilə qarşı-qarşıya qalmayacaqlar. Həftə ərzində baş tutacaq məşqlərdə iştirak edəcək gənc futbolçular, oyunlar zamanı komandalarının düşərgələrinə qatılacaqlar.


Qeyd edək ki, hər həftə baş tutacaq B komandasının məşqlərində 30-a yaxın istedadlı gənc futbolçu iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar