“Qalatasaray”da yumruq davası
Türkiyənin “Qalatasaray” klubunun məşqində futbolçular arasında növbəti münaqişə baş verib. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, “Qaziantepspor”la keçirəcəyi ¼ final matçı öncəsi “Cim-Bom”un legionerləri Milan Baroşla Xuan Pablo Pino yumruq davasına çıxıb.
Onları futbolçular çətinliklə aralayıblar. Lakin sakitləşməyən Pino heç kimə söz demədən meydançanı tərk edib. O, baza mühafizəçilərinin cəhdlərinə baxmayaraq, avtomobilinə minərək klubun düşərgəsindən əsəbi tərzdə uzaqlaşıb.
Kollektiv daxilindəki ab-havanın pozulması və baş verən son olay “Qalatasaray”ın prezidenti Adnan Polata da çatıb. Polat klub rəsmilərinə “Pinonu axtarın və dərhal bura çağırın” göstərişini verib. Lakin bütün cəhdlərə rəğmən, kolumbiyalı oyunçunu tapmaq mümkün olmayıb. Cib telefonu bağlı olan Pinonun ev telefonunu da bilən olmayıb.
Baş verənlərlə əlaqədar Milan Baroşun ağır pul cəriməsinə məruz qalacağı gözlənilir. Çexiyalı hücumçu ötən həftə Baroş Emmanuel Kulio ilə də ötürmə üstündə mübahisə edib. Pinonun hansı cəzanı alacağı isə bilinmir. Adnan Polat “Qaziantepspor”la oyunda da uğursuzluq olacağı halda bütün komandaya ağır cəza veriləcəyini və heyətdən kənarlaşdırılmanın tətbiq olunacağını bildirib. O, “Cim-Bom”un qarşısına Avropa kuboklarına vəsiqə məqsədini qoyub: “Əks halda, hərə özünə bir komanda axtarsın”.
Polat baş məşqçi George Hacı ilə də görüşüb. O, komanda üçün yaradılan şəraitə baxmayaraq, nəticələrdən narazılığını bildirib. Klub prezidenti ölkə kubokunda yarımfinala vəsiqə qazanmalarının vacibliyini vurğulayıb. Polat həm də “Qalatasaray”a xüsusi diqqət ayırmağı qərara alıb.

1176