Azərbaycan idmançısı Dünya Kubokunda 1/8 finalda dayandı
28 fevral 2011 16:51 (UTC +04:00)

Azərbaycan idmançısı Dünya Kubokunda 1/8 finalda dayandı

Lent.az-ın məlumatına görə, yalnız fərdi mübarizədən ibarət olan yarışda Azərbaycanı iki sablyaçı – Səbinə Mikina ilə Sevil Bünyatova təmsil edib.

Mikina qrup mərhələsində 6 görüşdən 5-ini, Bünyatova isə 5 görüşdən 3-ünü qələbə ilə başa vurub. Hər iki idmançımız “pley-off” mərhələsinə yüksəlib. Bünyatova 1/32 finalda Ukrayna təmsilçisinə uduzaraq mübarizəni dayandırıb. Mikina isə bu mərhələdə Fransa, 1/16 finalda Almaniya sablyaçılarını üstələyib. 1/8 finalda onun qarşısını italiyalı kəsib.

Yekunda Səbinə Mikina 141 iştirakçı arasında 12-ci, Sevil Bünyatova isə 73-cü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar