Unibank Premyer Liqası: Toydan öncə nağara...
Futbol üzrə Unibank Premyer Liqasında təsnifat mərhələsinin qalibi və ilk “6-lığ”a son vəsiqənin sahibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, bunlar müvafiq olaraq, “Neftçi” və “Bakı” klublarıdır.
XXII turun ilk oyun günündə “Neftçi” autsayder MOİK-i yenib – 1:0. 40-cı dəqiqədə Flavinyonun vurduğu qol oyunda yeganə olub. Bu qələbə sayəsində xallarını 48-ə çatdıran flaqman ilk “6-lığ”a lider kimi çıxıb. MOİK 6 xalla 12-ci pillədə qalıb və mübarizəni ikinci “6-lıq”da davam etdirəcək.
“Bakı” isə səfərdə AZAL-la qolsuz bərabərlik əldə edib – 0:0. Bu nəticədən sonra ilk “6-lığ”a AZAL 36 xalla 5-ci, “Bakı” isə 33 xalla 6-cı pillədə yollanıb. 21 turdan sonra 30 xalla 7-ci pillədə olan “Qəbələ” fevralın 27-də “Gəncə”ni yenəcəyi halda da, irəliləyə bilməyəcək. Çünki “Qəbələ” ilə “Bakı” arasında keçirilmiş hər iki oyunda paytaxt klubu üstün olub – 2:1, 1:0.
Günün ilk oyununda “Qarabağ” “Turan”ı 5:1 hesabı ilə darmadağın edib və 42 xalla 4-cü pilləyə yüksəlib.
Fevralın 27-də daha 3 oyun keçiriləcək:
14:00. “Qəbələ” – “Gəncə”
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Akif Məmmədov
Qəbələ şəhər stadionu.
14:00. “Simurq” (Zaqatala) – “Muğan” (Salyan)
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Qurban Məmmədov
Zaqatala şəhər stadionu.
16:00. “İnter” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
“Şəfa” stadionu.
Bu matçların nəticəsindən asılı olmayaraq, “Neftçi”, “Xəzər Lənkəran”, Qarabağ”, “İnter”, AZAL və “Bakı” ilk “6-lıq”da, “Qəbələ”, “Muğan”, “Gəncə”, “Turan”, “Simurq” və MOİK isə ikinci “6-lıq”da çıxış edəcəklər.

756