Unibank Premyer Liqası: “Qarabağ” “Turan”ı darmadağın etdi
25 fevral 2011 17:01 (UTC +04:00)

Unibank Premyer Liqası: “Qarabağ” “Turan”ı darmadağın etdi

Lent.az-ın məlumatına görə, Bakının Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda təşkil olunan qarşılaşma “Qarabağ”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1. Baş hakim Əliyar Ağayevin idarə etdiyi matçda hesab 9-cu dəqiqədə açılıb. Tovuz futbol məktəbinin yetirməsi olan Elvin Məmmədov Ağdam klubunun heyətində keçmiş komandasına qol vurub. 10-cu və 16-cı dəqiqələrdə Georgi Adamiya “dubl” edib. İkinci hissəyə də “Qarabağ” qolla başlayıb. 53-cü dəqiqədə Rauf Əliyev fərqlənib. Bundan 4 dəqiqə sonra “Turan”ın oyunçusu Fərmayıl Əliyev fərqi azaldıb. Lakin 90-cı dəqiqədə Admir Teli yekun nəticəni müəyyənləşdirib.


Matçın bol qollu keçməsinə baxmayaraq, heç bir oyunçuya sarı vərəqə göstərilməyib. “Qarabağ”ın və Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyev 51-ci dəqiqədə “Turan”ın oyunçusu ilə mübarizədə zədələnib. Nəticədə Vəliyevi serbiyalı qolkiper Boyan Pavloviç əvəzləyib. Pavloviç isə meydançaya daxil olduqdan 5 dəqiqə sonra qapısından top buraxıb.


Bu qələbə sayəsində xallarını 42-yə çatdıran “Qarabağ” 3-cü pilləyə yüksəlib. “Turan” isə 15 xalla 10-cu pillədə qalıb.


Hazırda təsnifat mərhələsinin son turu çərçivəsində “Neftçi” – MOİK və AZAL – “Bakı” matçları keçirilir. “Qəbələ” – “Gəncə”, “İnter” – “Xəzər Lənkəran” və “Simurq” – “Muğan” görüşləri isə fevralın 27-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar

Joao Mario Beşiktaşda!

Joao Mario Beşiktaşda!

4 sentyabr 2024 , 04:38
Lamiyə Vəliyeva paralimpiya çempionu  oldu

Lamiyə Vəliyeva paralimpiya çempionu oldu

3 sentyabr 2024 , 22:54
Şenol Günəş  yenidən “Trabzonspor”da

Şenol Günəş yenidən “Trabzonspor”da

3 sentyabr 2024 , 21:41
Olimpiya iştirakçısını sevgilisi  yandırdı 

Olimpiya iştirakçısını sevgilisi yandırdı 

3 sentyabr 2024 , 19:22
Kuman  bu futbolçuları   daha Hollandiya millisinə çağırmayacaq  

Kuman bu futbolçuları daha Hollandiya millisinə çağırmayacaq  

3 sentyabr 2024 , 17:54
Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27