Ronaldu tatar sevgilisinə evlənmək təklif edib - FOTO
Lent.az-ın məlumatına görə, artıq Ronaldu Şeykə rəsmən evlilik təklif edib.
Ulduz futbolçu ilə rəfiqəsini daim izləyən papatarsilər bildirirlər ki, evlilik təklifi cütlüyün ABŞ-ın Nyu-York şəhərində qeyd etdiyi “Müqəddəs Valentin” günündə irəli sürülüb. Ronaldu okeanın o tayına Barselonadan yollanıb. Həmin vaxt o, “Real Madrid”in heyətində “Espanyol”a qarşı İspaniya çempionatı matçına çıxıb. Komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra yarımmüdafiəçi özünü hava limanına çatdırıb.
Ronaldu sevgilisinə ürəyini “CBS” teleşirkətinin binasında açıb. Orada model məşhur “Devid Lettermanla axşam şousu” verilişində iştirak edirmiş. İrina studiyadan yeni gəlin statusunda və əlində gələcək ərinin verdiyi qırmızı qızılgüllə çıxıb.
Qeyd edək ki, Kriştianu Ronaldu İrina Şeyklə “Armani” firmasının alt paltarı reklamlarının çəkilişlərində tanış olub. O, əvvəlki sevgililərindən fərqli olaraq, Şeyki ələ keçirmək üçün bir neçə ay yorulmadan çalışıb. Şeyk Nyu-Yorka 3 ay öncə yollanıb və hələlik rus aksenti ilə danışır. Lakin onun nəhəng planı var. Rusiyalı model xüsusən, Ceyms Bond haqqında filmlərdən birində rus casus qadını rolunda oynamaq arzusundadır.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39