“Rabitə”nin İstanbulla əlaqəsi asanlaşır -
25 fevral 2011 11:20 (UTC +04:00)

“Rabitə”nin İstanbulla əlaqəsi asanlaşır -

Lent.az-ın məlumatına görə, komandamız Polşada “Bank BPS Fakro” ilə qarşılaşıb.

Görüş “Rabitə”nin qələbəsi ilə yekunlaşıb – 3:0 (25:23, 25:21, 25:19). “Rabitə”nin heyətində Nataşa Krsmanoviç 16, Natalya Məmmədova isə 15 xal toplayaraq, ən məhsuldar oyunçular olublar. Bununla da təmsilçimiz martın 3-də Bakıda oynayacağı cavab qarşılaşması üçün böyük üstünlük əldə edib. Komandamız bu mərhələni də keçsə, Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “4-lər finalı”na vəsiqə qazanacaq.

Görüşdən sonra “Rabitə”nin baş məşqçisi Deyan Brdjoviç komandasının oyunundan razı qaldığını, lakin cavab matçında hər şeyin mümkünlüyünü bildirib: “Komandamız oyunundan razıyam. Etiraf etməliyəm ki, Polşadan qalib ayrılmaq Azərbaycan paytaxtında keçiriləcək cavab matçı üçün çox vacib idi. Lakin “Bank BPS Fakro”nun da çox güclü komanda olduğunu və cavab qarşılaşmasında hər şeyin mümkünlüyünü etiraf etməliyəm”.

“Bank BPS Fakro”nun baş məşqçisi Boqdan Servinski isə kiçik məqamların matçın taleyini müəyyənləşdirdiyini bildirib. O, “Rabitə”nin daha yaxşı oynadığını etiraf dib. Lakin Servinski komandasının şanslarının qaldığına inandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205

Oxşar yazılar