Azərbaycanın ilk idman federasiyasının 3 ildir ofisi yoxdur
Bu haqda Lent.az-a qurumun prezidenti Azər Həsənsoy məlumat verib.
Həsənsoyun sözlərinə görə, bu federasiyanı dövlət qeydiyyatına 1991-ci ildə Bakı şəhər Nəsimi rayon icra hakimiyyəti alıb. Həmin vaxt qeydiyyat məsələsi Ədliyyə Nazirliyinin funksiyalarına daxil olmayıb. Məhz bu səbəbdən qeydə alma prosesini federasiyaların hüquqi ünvanlarının göstərildiyi rayonların icra hakimiyyətləri həyata keçirib. Qurum Füzuli küçəsindəki obyektlərdən birində fəaliyyət göstərib. Sonradan Muay-Tay və Kikboksinq Federasiyası, eləcə də Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası da təsis olunub. Onların da prezidenti postuna Həsənsoy seçilib. 2001-ci ildə Muay-Tay və Kikboksinq Federasiyasının prezidenti postuna millət vəkili Adil Əliyev seçilib. 2007-ci ildə Muay-Tay və Kikboksinq Federasiyası iki yerə ayrılıb. Kikboksinq Federasiyasının prezidenti vəzifəsini Adil Əliyev davam etdirib. Əvəzində Muay Tay və Tayboks Federasiyası yaranıb.
Lakin 2008-ci ildə federasiyalar həmin ofisi tərk etməli olub. O vaxtdan müvafiq instansiyalara məktubla müraciət etmələrinə baxmayaraq, 3 federasiyanın heç birinə mənzil-qərargah verilməyib. Hazırda “Məhsul” cəmiyyətinə məxsus stadion ərazisindəki idman zalında fəaliyyət göstərdiklərini deyən Həsənsoy iş şəraitinin dözülməz olduğunu vurğulayıb: “Azərbaycanda ilk federasiyanı qeydiyyata aldırdıqdan sonra yaranan ayrı-ayrı növlər üzrə federasiyaların nizamnamələrini mən yazmışam. Etika xatirinə onların adlarını çəkmək istəmirəm. Amma deyə bilərəm ki, indi onların nəinki ofisi, hətta hər cür şəraiti var. Ölkəmizin ilk və sonradan yaradılan daha 2 federasiyası isə ofissizdir”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56