“Azərreyl”dən əzmkar qələbə
24 fevral 2011 11:34 (UTC +04:00)

“Azərreyl”dən əzmkar qələbə

Lent.az-ın məlumatına görə, “Azərreyl” Finlandiyada “LP Salo” ilə üz-üzə gəlib.

Oyun komandamızın əzmkar qələbəsi ilə yekunlaşıb – 3:2. İlk setdə “Azərreyl” 19:25 hesabı ilə uduzsa da, növbəti setdə asanlıqla qalib gəlib – 25:15. Üçüncü setdə 24:26 hesabı ilə uduzan təmsilçimiz dördüncü seti daha böyük fərqlə qapayıb – 25:14. Görüşün taleyinə “tay-breyk”də aydınlıq gəlib. “Azərreyl” 15:9 hesablı qələbə sayəsində martın 2-də Bakıda keçiriləcək cavab qarşılaşması üçün böyük üstünlük əldə edib.

Qeyd edək ki, “Çağırış Kuboku”nda mübarizə aparan daha iki klubumuz – “İqtisadçı” və “Lokomotiv” də ilk qarşılaşmalarını qələbə ilə başa vurub. “İqtisadçı” Çexiya “Kralove Pole”sinə, “Lokomotiv” isə Almaniya “Şveriner”inə Bakıda böyük hesabla qalib gəlib – 3:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar

Joao Mario Beşiktaşda!

Joao Mario Beşiktaşda!

4 sentyabr 2024 , 04:38
Lamiyə Vəliyeva paralimpiya çempionu  oldu

Lamiyə Vəliyeva paralimpiya çempionu oldu

3 sentyabr 2024 , 22:54
Şenol Günəş  yenidən “Trabzonspor”da

Şenol Günəş yenidən “Trabzonspor”da

3 sentyabr 2024 , 21:41
Olimpiya iştirakçısını sevgilisi  yandırdı 

Olimpiya iştirakçısını sevgilisi yandırdı 

3 sentyabr 2024 , 19:22
Kuman  bu futbolçuları   daha Hollandiya millisinə çağırmayacaq  

Kuman bu futbolçuları daha Hollandiya millisinə çağırmayacaq  

3 sentyabr 2024 , 17:54
Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27