Çempionlar Liqası: Revanş baş tutacaqmı?
23 fevral 2011 19:00 (UTC +04:00)

Çempionlar Liqası: Revanş baş tutacaqmı?

Lent.az-ın məlumatına görə, görüşlərdən biri turnirin ötən ilki finalçıları – İtaliya “İnter”i ilə Almaniya “Bavariya”sı arasında olacaq.

Bu qarşılaşmada “Bavariya” “İnter”dən 0:2 hesablı məğlubiyyətin revanşını almağa çalışacaq. Fransa “Marsel”i isə 18 ildən sonra Çempionlar Liqasının ¼ finalına çıxmaq üçün səfərdə uğurla çıxış edən İngiltərə “Mançester Yunayted”ini üstələməyə cəhd edəcək.

“İnter” (İtaliya) – “Bavariya” (Almaniya)
Baş hakim:
Viktor Kaşşai (Macarıstan)

“Bavariya”nın ötən mövsüm Çempionlar Liqasının finalında uduzduğu “İnter” tarixində 3-cü, son 45 ildə isə ilk nüfuzlu Avropa kubokunu qazanıb. Amma Münhen komandası əvvəllər Milanda keçirdiyi hər iki oyunu qələbə ilə başa vurub. “Qara-göylər” isə 2010-cu ilin dekabrda Rafael Benitesi əvəzləmiş Leonardonun rəhbərliyi ilə ilk matçına çıxacaq.

Cari Çempionlar Liqasında statistik göstəricilərdə “Bavariya” “İnter”dən üstün olub. Qrup mərhələsində baş məşqçi Lui van Qalın komandası 5 qələbə qazanıb, 16 qol vurub və 15 xalla qrup lideri olub. “İnter” isə öz qrupunda 3 qələbə, 1 heç-heçə və 2 səfər məğlubiyyəti ilə 2-ci yeri tutub. Əvəzində “neradzurri” artıq 10 oyundur Avropanın ən nüfuzlu klub turnirində öz meydançasında uduzmur, son 7 matçını isə qələbə ilə başa vurub.


“Marsel” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim:
Feliks Brıx (Almaniya)

Son zamanlar “Marsel” Avropa arenasında uğurlu çıxışları ilə öyünə bilmir. 1992-1993-cü il mövsümündə Çempionlar Kubokunu qazandıqdan sonra bu komanda “pley-off” mərhələsinə yalnız 1 dəfə - 1999-2000-ci il mövsümündə yüksəlib. Öz növbəsində, “mankunianlar” ardıcıl 5-ci dəfə ¼ finala vəsiqə qazanmağa cəhd edəcəklər. Fransa çempionu qrup mərhələsində 2 məğlubiyyətlə başlasa da, sonradan 4 qələbə ilə ikinci yeri tutub.

Baş məşqçi Aleks Ferqyusonun komandası isə qrup matçlarında heç bir görüşü məğlubiyyətlə başa vurmayıb və birinci yeri tutub. 6 matçda İngiltərə təmsilçisi cəmi 1 qol buraxıb ki, bu da hazırkı Çempionlar Liqası iştirakçıları arasında ən yüksək göstəricidir.

Fransa çempionatında ötən tur keçirdiyi oyundan sonra “Marsel”də ciddi kadr problemləri yaranıb. Hücumçu Andre-Pyer Jinyak qasığından zədə alıb və buna görə “qırmızı şeytanlar”a qarşı oynamayacaq. Eyni zamanda “Marsel”in digər forvardları Brandao və Loik Remi pəncə nahiyəsindən xəsarət alıblar. Onların bu oyunda iştirakı isə sual altındadır. Əvvəllər məşq zamanı diz bağlarını zədələyən Matye Valbuenada da sıradan çıxıb.

Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Qeyd edək ki, ilk 1/8 final mərhələsinin əvvəlki 6 görüşündə bu nəticələr qeydə alınıb:

“Milan” (İtaliya) – “Tottenhem” (Fransa) – 0:1

“Valensiya” (İspaniya) – “Şalke 04” (Almaniya) – 1:1

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) – 2:3

“Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya) - 2:1

“Lion” (Fransa) – “Real Madrid” (İspaniya) – 1:1

“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə) – 0:2.

Cavab görüşləri 8-9 mart və 15-16 martda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar

Joao Mario Beşiktaşda!

Joao Mario Beşiktaşda!

4 sentyabr 2024 , 04:38
Lamiyə Vəliyeva paralimpiya çempionu  oldu

Lamiyə Vəliyeva paralimpiya çempionu oldu

3 sentyabr 2024 , 22:54
Şenol Günəş  yenidən “Trabzonspor”da

Şenol Günəş yenidən “Trabzonspor”da

3 sentyabr 2024 , 21:41
Olimpiya iştirakçısını sevgilisi  yandırdı 

Olimpiya iştirakçısını sevgilisi yandırdı 

3 sentyabr 2024 , 19:22
Kuman  bu futbolçuları   daha Hollandiya millisinə çağırmayacaq  

Kuman bu futbolçuları daha Hollandiya millisinə çağırmayacaq  

3 sentyabr 2024 , 17:54
Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27