“Pulumu verin!”
23 fevral 2011 17:21 (UTC +04:00)

“Pulumu verin!”

2010-cu ildə qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı, eləcə də kikboksinq üzrə Avropa çempionatının təşkil olunduğu Heydər Əliyev adına İdman Konsert Kompleksinə icarə haqqı hələ də ödənilməyib. Bu haqda Lent.az-a kompleksin direktoru Rafiq Behbutov məlumat verib.

Onun sözlərinə görə, iki çempionat üçün icarə haqqı cəmi 70 min manat təşkil edib. Hər bir yarış üçün təqribən 35 min manat verilməlidir. Lakin indiyədək həm Azərbaycan Qılıncoynatma Federasiyası, həm də Azərbaycan Kikboksinq Federasiyası bu vəsaiti ödəməyib. Federasiyaların rəhbərləri sadəcə, “ödəyəcəyik” deməklə kifayətləniblər. Behbutov məsələdən Gənclər və İdman Nazirliyi rəsmilərinin də məlumatlı olduğunu açıqlayıb. O, güləş və bədii gimnastika üzrə böyük tədbirlər zamanı isə belə problemin yaranmadığını əlavə edib.

Kompleksi saxlamaq üçün xeyli xərclərin olduğunu deyən direktorun sözlərinə görə, əvvəllər gəlirlərinin 90 faizi sərgidən əldə olunub. Lakin sərgilər hava limanı yaxınlığındakı “Expo Center”ə köçdükdən sonra gəlirlər xeyli azalıb.

Basketbol komandalarımızın məşq və oyunları ilə əlaqədar yaranan icarə haqqı problemi isə həllini tapıb. Azərbaycan Basketbol Federasiyası aylıq icarə haqqını 5000 manatadək qaldırmağa razı olub. Bu zaman bütün yaş qrupları üzrə komandaların məşğul olması və ölkə çempionatının oyunlarının keçirilməsi üçün zal onların sərəncamına veriləcək.

Behbutov bildirib ki, əvvəllər Azərbaycan Boks Federasiyasının hər ay cəmi 2000 manat ödəyib. Bu vəsaitin 18 faizi isə əlavə dəyər vergisinə çıxılıb. Halbuki Gənclər və İdman Nazirliyi bir saat üçün icarə haqqını 92 manatdan təsdiqləyib: “Kompleksi saxlamaq üçün bir sıra xərclər var. Ayda 8000 manatadək kommunal və digər xərclərimiz olub. Əvvəllər sərgilər hesabına bu vəsaiti ödəyirdik. Amma indi sərgilər də təşkil etmirik. Adicə şəhərin istənilən mini-futbol meydançasında bir saat üçün 70-80 manat icarə haqqı ödəyirlər. Amma biz zalı cəmi 25 manata icarəyə veririk. Axı bunun nəyi yüksək məbləğdir?”

Qeyd edək ki, qılıncoynatma üzrə dünya çempionatı ötən ilin 2 – 11 aprelində, kikboksinq üzrə Avropa çempionatı isə 20 – 23 oktyabrda təşkil olunub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1522

Oxşar yazılar

Joao Mario Beşiktaşda!

Joao Mario Beşiktaşda!

4 sentyabr 2024 , 04:38
Lamiyə Vəliyeva paralimpiya çempionu  oldu

Lamiyə Vəliyeva paralimpiya çempionu oldu

3 sentyabr 2024 , 22:54
Şenol Günəş  yenidən “Trabzonspor”da

Şenol Günəş yenidən “Trabzonspor”da

3 sentyabr 2024 , 21:41
Olimpiya iştirakçısını sevgilisi  yandırdı 

Olimpiya iştirakçısını sevgilisi yandırdı 

3 sentyabr 2024 , 19:22
Kuman  bu futbolçuları   daha Hollandiya millisinə çağırmayacaq  

Kuman bu futbolçuları daha Hollandiya millisinə çağırmayacaq  

3 sentyabr 2024 , 17:54
Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27