Bakı “Lokomotiv”i Almaniya klubunu darmadağın etdi
Lent.az-ın məlumatına görə, komandamız Almaniya “Şveriner”ini qəbul edib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş qarşılaşma “Lokomotiv”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk setdən 25:23 hesablı üstünlüklə ayrılan komandamız növbəti setlərdə daha asan qələbəyə nail olub – 25:19, 25:16. Görüşü 2600 tamaşaçı izləyib.
Cavab oyunu martın 1-də Almaniyada təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, “Çağırış Kuboku”nda mübarizə aparan daha 2 klubumuz – “İqtisadçı” və “Azərreyl” fevralın 23-də ilk görüşlərini keçirəcəklər. “İqtisadçı” saat 17:00-da Çexiya “Kralove Pole”sini sınağa çəkəcək. “Azərreyl” isə 21:00-da Finlandiyada “LP Salo”nun qonağı olacaq.

680