“Döyüşərək qalib gəlməliyik” - MÜSAHİBƏ
Lent.az-ın məlumatına görə, braziliyalı hücumçu əsas komandaya qayıdışı, “Turan”la oyunda vurduğu qələbə qolu, AZAL-la həlledici qarşılaşma barədə danışıb:
- Əsas komandaya qayıdışınız haqda nə deyə bilərsiniz? Əvəzedici komandada formanızı itirməmisiniz?
- Əvəzedici komandada olanda məşqçilər formamın itməməsi üçün mənə və Leoya (Roşanı nəzərdə tutur) ayrıca güclü məşq keçirdilər. Buna baxmayaraq, idman formamı qoruya bilmədim. İndi əsas komandadayam və yenidən əvvəlki gücümü bərpa edirəm. İnaniram ki, oyundan-oyuna daha yaxşı çıxış etdiyimi görəcəksiniz.
- Qayıdışınızı qolla qeyd etdiniz...
- Qolu mən vursam da, qələbə bütün heyətin birgə mübarizəsi nəticəsində qazanıldı. Ümümiyyətlə, digər oyunlarda da vurduğum qollara görə yox, komandamızın qələbə qazanması üçün sevinirəm. İnanıram ki, baş məqçimizin güclü məşqləri ilə daha yaxşı oynayıb, qələbələrimizi davam etdirəcəyik.
- Növbədə AZAL-la oyundur. Bu oyun haqda nə fikirləşirsiniz?
- AZAL-la oyun çətin olacaq. Ancaq əminəm ki, bu oyunda qələbə bizim olacaq. "Qəbələ"nin xal itirməsindən sonra şansımız daha da artdı. İndi hər şey öz əlimizdədir. Bu oyunda meydanda döyüşüb qələbə qazanmalıyıq. Bizim əsas məqsədimiz "altılığ"a düşməkdir. Bunu üçün AZAL-la oyunda heç-heçə də kifayət edir. Bu şansi əldən verməyəcəyik.
- AZAL-la oyunda Sizdən qol gözləyək?
- Oyunun necə keçəcəyini əvvəldən bilmək olmaz. Əgər şans yaranarsa, qol da vuracağam.
- “Bakı”nın azarkeşlərinə nə sözünüz var?
- Azarkeşlərdən oyunlarımıza gəlmələrini istəyirəm. Əlbəttə, onları hər oyun tribunalarda görəndə sanki bizim də gücümüz artır. Biz onları "12-ci oyunçu" sayırıq. Bu oyunda da azarkeşlərimizin komandamızı dəstəkləməsini arzu edirəm. Biz bir olub, "altılığ"a vəsiqə qazanacağıq və medallar uğrunda mübarizə aparacağıq.

628