“Xəzər Lənkəran”da daha iki futbolçu debüt etdi
Lent.az-ın məlumatına görə, Kosmin Fransinesku və İbrahima Banqura karyeralarında ilk dəfə Lənkəran komandasının formasında meydançaya çıxıb.
Beləliklə, “Xəzər Lənkəran”da çıxış edən futbolçuların sayı 123-ə çatıb. 2011-ci ilin ilk 2 oyunu ərzində isə debütantların ümumi sayı 10 olub. AZAL-la qarşılaşmadan öncə “Neftçi” ilə oyunda Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Hristu Kiaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka “Neftçi” ilə ötən turun matçında debüt etmişdilər. Son debütantların hər 2-si isə legionerdir. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”ın 7 illik tarixi ərzində güvəndiyi əcnəbilərin sayı 72-yə çatıb.
“Təyyarəçilər”lə qarşılaşmayadək 70 legioner bunu bacarmışdı. Bu “cütlük”dən Fransinesku Rumıniya, Banqura isə Qvineya təmsilçisidir. Frasinesku öz ölkəsinin “Xəzər Lənkəran”dakı 15-cı futbolçusudur. Bu göstəricidə Rumıniya aşkar liderdir. İlk qvineyalı kimi klub tarixinə düşən Banqura isə ümumilikdə 5-ci afrikalıdır. Onun təmsilçisi olduğu Qvineya isə Lənkəran komandasına oyunçu verən 27-ci xarici ölkədir: Rumıniya – 15, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya Portuqaliya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya – hərəsi 1.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24