Qaça-qaça evləndilər - FOTO
Lent.az-ın “Austin American-Statesman” nəşrinə istinadən verdiyi məlumata görə, 30 yaşlı Devid Quzman və onun 28 yaşlı sevgilisi Amanda Kirşner Texas ştatındakı Ostin marafonunun 22,5 milinin işarələndiyi yerdə nikah bağlayıblar.
Gənc ər-arvad çoxdan birgə olduqlarını və 10 ildir ki, marafonda iştirak etdiklərini bildiriblər. Kirşnerin sözlərinə görə, qaçış onun və ərinin həyatında vacib elementlərdən olub. Məhz bu səbəbdən, amerikalı sevgililər qaçış zamanı evlənməyə qərar veriblər. Quzman isə deyib: “Biz təmtəraqlı toy etmək istəmədik. Düşündük ki, qaçış vaxtı evlənmək sadəcə, gözəl olardı”.
22,5 milin işarələndiyi yerdə nikahı dairə məhkəməsinin hakimi kəsib. Bu proses 30 dəqiqəyədək çəkib. Kirşner və Quzman finişə qanuni ər-arvad qismində çatıblar. Mərasimin ardından gənc ailə burrito ilə qəlyanaltı etməyə gediblər. Sonra isə onlar ən yaxın dostları və qohumlarının iştirakı ilə kiçik mərasim təşkil ediblər.

547