Premyer Liqa oyunları - Xocalı faciəsi günündən əvvəl və sonra
22 fevral 2011 18:12 (UTC +04:00)

Premyer Liqa oyunları - Xocalı faciəsi günündən əvvəl və sonra

Lent.az-ın məlumatına görə, təsnifat mərhələsinin son turunun qarşılaşmaları fevralın 25-də və 27-də baş tutacaq.

Fevralın 26-da isə Xocalı faciəsi ilə əlaqədar oyun keçirilməyəcək. Qarşıdakı turda daha çox AZAL - “Bakı” və “Qəbələ” – “Gəncə” matçları diqqət mərkəzində olacaq. “Bakı” məğlub olacağı halda, “Gəncə” üzərində qələbə “Qəbələ”yə ilk “6-lıq” vəsiqəsi qazandıracaq. “Bakı”nın 6-cı pillədəki mövqeyini qoruması üçün isə AZAL-la heç-heçə də kifayətdir. Lakin paytaxtın eyniadlı klubu qələbə qazansa, 5-ci pilləyə yüksələcək. “Bakı” və “Qəbələ”nin iştirakı ilə keçiriləcək oyunlar eyni gün və eyni saatda deyil, ayrı-ayrı günlərdə təşkil olunacaq.

25 fevral (cümə)

14:00. “Qarabağ” (Ağdam) – “Turan” (Tovuz)

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

16:00. AZAL (Bakı) – “Bakı”
“Şəfa” stadionu.

16:00. “Neftçi” (Bakı) – MOİK (Bakı)
Tofiq Bəhramov adına Respublika stadionu.

27 fevral (bazar)

14:00. “Qəbələ” – “Gəncə”

Qəbələ şəhər stadionu.

14:00. “Simurq” (Zaqatala) – “Muğan” (Salyan)
Zaqatala şəhər stadionu.

16:00. “İnter” (Bakı) – “Xəzər Lənkəran”
“Şəfa” stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar