Çempionlar Liqası: Tarix təkrarlanacaqmı?
Lent.az-ın məlumatına görə, tarixində ilk dəfə turnirin “pley-off” mərhələsinə çıxan Danimarkanın “Kopenhagen” klubu son 7 ildə 5 dəfə yarımfinaladək irəliləmiş İngiltərənin “Çelsi” komandasını qəbul edəcək.
Fransa “Lion”u isə ötən mövsüm olduğu kimi, yenə İspaniya “Real Madrid”ini 1/8 final mərhələsindəcə mübarizədən kənarlaşdırmağa çalışacaq.
“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə)
Baş hakim: Byorn Kaypers (Hollandiya)
Bir il öncə “Çelsi” 1/8 final mərhələsində İtaliya “İnter”inə hər iki matçda uduzaraq, mübarizəni dayandırıb. Bu dəfə “zadəganlar” “Kopenhagen” kimi komanda ilə mübarizədə səhvləri təkrarlamaq niyyətində deyil. Danimarka çempionu ilk dəfə qrupdan çıxmağı bacarıb. London klubu isə ardıcıl 8-ci dəfə bu mərhələnin iştirakçısı olacaq. Bunların 5-də isə “Çelsi” ən azı Çempionlar Liqasının 4 ən güclüsü sırasına çıxıb.
Qrup mərhələsində “Kopenhagen” İspaniya “Barselona”sından sonra ikinci yeri tutub. “Çelsi” isə 6 matçdan 5-ini qələbə ilə başa vuraraq, qrup lideri olub. Lakin son zamanlar “zadəganlar”ın oyununda böhran yaşanmaqdadır. Komanda İngiltərənin bütün kubok turnirlərində çıxışlarını dayandırıb, Premyer Liqada isə liderdən 12 xal geri qalır və 5-ci yeri tutur. Bu arada İngiltərə mətbuatı sensasion xəbər yayıb. Məlumatda bildirilir ki, “Çelsi” Danimarkada “Kopenhagen”i yenə bilməsə, baş məşqçi Karlo Ançelotti istefaya göndəriləcək.
“Lion” (Fransa) – “Real Madrid” (İspaniya)
Baş hakim: Volfqanq Ştark (Almaniya)
Bu gün “Lion” ötən mövsüm əldə etdiyi şəxsi uğurunu təkrarlamağa çalışacaq. 2009-2010-cu il mövsümündə Çempionlar Liqasının 1/8 finalında Fransa klubu “Real Madrid”i mübarizədən kənarlaşdırıb. Sonradan isə “Lion” yarımfinaladək irəliləyib. “Kral klubu” isə Lion şəhərinə əvvəllər etdiyi 3 səfərin hamısında məğlub olub. Madrid komandası 2003-2004-cü il mövsümündən sonra Çempionlar Liqasının ¼ finalına çıxa bilməyib.
Bu mövsüm isə “Real Madrid” qrup mərhələsini uğurla başa vurub. 6 matçda 5 qələbə, 1 heç-heçə əldə edən baş məşqçi Joze Mourinyonun komandası qrup lideri olub. “Lion”a gəldikdə, proqnozlara rəğmən, qrup 2-cisi olub və Almaniya “Şalke 04”ünü özündən irəli buraxıb.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Qeyd edək ki, ötən həftə 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib:
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 0:1
“Valensiya” (İspaniya) – “Şalke 04” - 1:1
“Roma” (İtaliya) – “Şaxtyor” - 2:3
“Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya) - 2:1.

746