“Qullit Bakıya gələ bilər”
Bu sözləri Lent.az-a Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. Qullitin gəlişindən öncə “Terek”də baş məşqçi köməkçisi kimi çalışmış Diniyev Çeçenistan klubu rəhbərliyi ilə xoş münasibətlərinin hələ də qaldığını bildirib. Onun sözlərinə görə, Qullitin futbolumuzun yubiley tədbirinə gəlişi üçün AFFA-dan müraciət olsa, bu əlaqələrindən yararlana bilər: “Mən “Terek” rəhbərliyindən xahiş edərəm ki, Qulliti Bakıya gəlməyə razı salsın. Amma son qərarı məşhur futbolçunun özü verəcək”.
Qışda Çeçenistanla həmsərhəd olan Dağıstanın “Anji” klubuna da məşhur futbolçu gəlib. Bu, braziliyalı müdafiəçi Roberto Karlosdur. Lakin dünyaca məşhur futbolçu və baş məşqçilərin kriminal zona sayılan Dağıstan və Çeçenistanda çalışmağa razılıq vermələri maraq doğurur. Diniyev bu fakta belə münasibət bildirib: “Rusiya çempionatının səviyyəsi yüksəkdir. Roberto Karlosla Ruud Qullit böyük pullar qarşılığında Dağıstanla Çeçenistana gəliblər. Yəqin ki, onların təhlükəsizlik məsələlərinə yüksək səviyyədə təminat verilib. Ona görə də gəlməyə razı olublar”.
Qeyd edək ki, Şahin Diniyev 2009-cu ilin yanvarından 2010-cu ilin noyabrınadək “Terek”də çalışıb.
Elşən MƏMMƏDOV

541