AFFA FİFA referisinin vərəqəsini etibarsız saydı
Lent.az-ın məlumatına görə, əsas müzakirə mövzusu Unibank Premyer Liqasında XXI turunun “Xəzər Lənkəran” – AZAL matçında baş verənlər olub.
“Xəzər Lənkəran”a 5 futbolçusu sarı vərəqə alması ilə əlaqədar 1000 manat, 61-ci dəqiqədə azarkeşlərinin meydançaya kənar əşya atması üzündən 2000 manat cərimə kəsilib. Əvəzində 77-ci dəqiqədə AZAL-ın futbolçusu Usim Ndukaya göstərilən sarı vərəqə ləğv olunub. Komitə üzvləri matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirmədiyi qənaətinə gəliblər. Bu səbəbdən, Fariz Yusifovun simulyasiyaya görə Usim Ndukaya göstərdiyi sarı vərəqə yanlış sayılıb.
“Qəbələ” ilə qarşılaşmanın 58-ci dəqiqəsində isə “Muğan”ın futbolçusu Tagim Novruzov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. İntizam Komitəsi Novruzovu 1 oyunluq cəzalandırıb, klubu isə 200 manat cərimələyib.
Nəhayət, “Simurq”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Neftçi” 1000 manat cərimələnib.

581