AZAL “Bakı” ilə matçın canlı yayımını təşkil etdi
Futbol üzrə Unibank Premyer Liqasının XXII turunda AZAL və “Bakı” klubları arasında keçiriləcək oyun “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq. Bu haqda Lent.az-a AZAL-ın prezidenti Vaqif Qasımov məlumat verib.
Onun sözlərinə görə, canlı yayım oyun ətrafında yaranan söz-söhbətlərlə əlaqədar AZAL-ın təşəbbüsü ilə təşkil olunub. Fevralın 25-də “Şəfa” stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq. Qasımov AZAL-ın “Bakı”nı ilk “6-lıq”da saxlamaq üçün rəqibinə xal verəcəyi ehtimallarına sərt reaksiya verib: “Oyun alqı-satqısının mənə aidiyyatı yoxdur. Heç vaxt belə işlə məşğul olmamışam. Gizli danışığa gedən də çox alçaq adamdır”.
Bununla belə, klub prezidenti AZAL-ın futbolçularına kənar təsirlərin ola biləcəyini istisna etməyib. Qasımov bu halda oyunçuların özlərinin onu məlumatlandırmalarının vacibliyini önə çəkib: “Mən futbolçulara necə deyə bilərəm ki, rəqibə oyunu verin. Amma onlara belə bir təsirin olacağı istisna deyil. Mənim komanda ilə çox yaxın münasibət saxladığımı bilirsiniz. Futbolçular hər hansı problemləri olanda mənə deyirlər. Yəqin ki, onlara kənar təsirlər olsa, bunu da çatdırmağa borcludurlar”.
Qeyd edək ki, hazırda 6-cı pillədə olan “Bakı” AZAL-a uduzacağı halda mövqeyini itirmə təhlükəsi ilə üzləşəcək. Əvəzində fevralın 27-də “Gəncə”ni öz meydançasında qəbul edəcək “Qəbələ” qalib gələcəyi halda, ilk “6-lığ”ı təmin edəcək. “Bakı” ilk dövrədə keçirilmiş qarşılaşmada AZAL-a uduzub – 2:3.
Elşən MƏMMƏDOV

731