AFFA daha bir hakimi qovdu
22 fevral 2011 12:53 (UTC +04:00)

AFFA daha bir hakimi qovdu

Lent.az-ın məlumatına görə, İsmayıl Rüstəmov Hakimlər Komitəsinin qərarı ilə ağır cəzaya məruz qalıb.

Rüstəmov U-13, U-14, “Kapital Bank U-15”, “Azercell U-17” liqalarına, Həvəskarlar Liqasının və əvəzedici heyətlərin oyunlarına referi və ehtiyat hakim kimi təyinat alıb. O, davranış qaydalarını pozduğuna və həmkarlarına qarşı qeyri-etik hərəkətlərinə görə cəzalandırılıb. Belə qərar Hakimlər Komitəsinin Nizam-İntizam Kodeksinə əsasən verilib.

Qeyd edək ki, 2009-cu il martın 16-da FİFA referiləri Babək Quliyev və Anar Niyazov hakimlikdən kənarlaşdırılıblar. Rəsmi səbəb kimi onların hakim adına xələl gətirən nöqsanlara yol vermələri göstərilib. Niyazov bir il sonra öz peşəsinə qaytarılsa da, Quliyev hələ də hakimlik etmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar