Bəhruz Şirəliyev: “Bundan sonra da tam ədalətli oyun sərgiləyəcəyik” - MÜSAHİBƏ
- “Muğan” Unibank Premyer Liqasında mövsümün ikinci yarısına yaxşı başlayıb. Artıq iddialı klublardan “Bakı” ilə heç-heçə etmisiniz, “Qəbələ”ni isə yenməyi bacarmısınız. Sizcə, bu nəticələr hansı amillərin sayəsində mümkün olub?
- Ümumiyyətlə, bu mövsüm ilk “6-lığ”a düşən komandalara qarşı yaxşı oynamışıq. Demək olar ki, onlardan ya xal almışıq, ya da ev oyunlarında udmuşuq. “Bakı” və “Qəbələ” ilə qarşılaşmalar bir daha göstərdi ki, “Muğan”ın gücü də, oyunu da var. Lakin təəssüflər olsun ki, ilk dövrənin bəzi oyunlarında xal itkilərimiz oldu. Nəticədə ilk “6-lıq”dan kənarda qaldıq.
- İndiki oyunu mövsümün əvvəlində də sərgiləsəydiniz, ilk “6-lığ”a düşə bilərdiniz?
- Bəzi oyunlarda biz belə oynamadıq, komandamız istənilən oyunu sərgiləyə bilmədi. Birinci turda MOİK-ə uduzduq, sonralar digər rəqiblərə də yenildik. Ona görə də hazırda xalımız 24-dən çox deyil. Belə planlaşdırılmayan xal itkilərimiz olmasaydı, ilk “6-lığ”a düşməsək də, onun uğrunda mübarizə aparardıq.
- Yüksək liqa təcrübəsi olmayan Bəhmən Həsənovun mövsümün gedişində baş məşqçi təyinatı birmənalı qarşılanmamışdı. Son nəticələrinizdə baş məşqçi amilinin rolu nə qədərdir?
- Təbii ki, baş məşqçinin rolu danılmazdır. Həsənov komandanın baş məşqçisidirsə, bütün uğurlarımızı onunla bağlamaq lazımdır. Uğurlarımızda başda Həsənov olmaqla bütün komandanın əziyyəti var. Çünki qələbəni baş məşqçi və onun futbolçuları əldə edir.
- XXI turda “Bakı” ilə heç-heçə etdikdən sonra çoxları düşünürdü ki, bu nəticəyə növbəti turda “Qəbələ”yə asanlıqla uduzmaq üçün nail olmusunuz. Yəni, “Muğan”ı “Bakı” ilə heç-heçəyə “Qəbələ” stimullaşdırıb. Lakin komandanız bu ehtimalları puça çıxardı...
- Bizim bütün komandalarla çox yaxşı münasibətlərimiz var. Amma bu, futboldur. Hər bir oyuna qələbə üçün çıxırıq. Bu görüşlərdə də həmçinin 3 xala oynayırdıq. Lakin “Bakı” ilə matçda alınmadı, “Qəbələ”ni isə yenə bildik. Hər iki rəqibimizin ilk “6-lığ”a düşmək üçün 3 xala böyük ehtiyaclarının olmasına baxmayaraq, biz öz oyunumuzu sərgilədik. Hesab edirəm ki, doğrusu da budur, çempionatın marağı da belə görüşlərdədir.
- Bu oyunlar öncəsi “Muğan”ın stimullaşdırıldığına dair söz-söhbətlər eşitməmişdiniz?
- Xeyr. Bu cür söz-söhbət olmayıb. Mən belə iddiaları eşitməmişəm.
- Bəs hər hansı kənar təsirlər olmayıb?
- Əsla. Bunlar elə-belə komandalar deyillər ki, hansısa danışıqlara getsinlər.
- “Muğan”ın ilk “6-lıq” iddiası qalmayıb, autsayder də deyil. Elə isə futbolçularınızı uğurlu nəticəyə hansı amil sövq etdi? Bəlkə yüksək mükafat vəd etmişdiniz?
- “Muğan” ilk “6-lığ”a düşə bilməsə də, yeni əsasnaməyə görə, bütün xallar final mərhələsində saxlanılır. Ona görə də hər bir oyun bizim üçün qələbə əhəmiyyəti daşıyır. Komandamızın bütün matçlarda xala ehtiyacı var. Bunun özü də bir motivasiyadır. Mükafatı isə bütün oyunlara təyin edirik və veririk.
- Rəqib komandalar tərəfindən stimullaşdırma olsaydı, mükafatı artırardınız?
- Stimullaşdırmaya ehtiyac yoxdur. Bizə bu barədə müraciət də olmayıb. Olsaydı da, belə şeyləri qəbul etmirik. Biz bundan sonra da tam ədalətli oyun sərgiləyəcəyik.
- Həm “Bakı”, həm də “Qəbələ” qışda Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı keçiblər. “Muğan” isə Bakıda hazırlaşıb. Belə çıxmırmı ki, yüksək nəticə göstərmək xaricdə keçirilən toplanışdan asılı deyil?
- Əsas məsələ təlimləri harada keçirməkdə yox, hazırlıq prosesini necə təşkil etməkdədir. Xarici toplanışlar komandaların daha səviyyəli rəqiblərlə oynaması üçün əlverişlidir. Bu baxımdan, “Muğan” Bakıda istədiyi qədər və münasib rəqiblərlə görüşmədi. Amma hər şey göz qabağındadır.
- Mövsüm ərzində oyunları sizi qane etmədiyi üçün bir çox futbolçu ilə yollarınızı ayırmısınız. Lakin “Qəbələ” ilə qarşılaşmada daha bir oyunçunuz – Tagim Novruzov ikinci sarı vərəqə ilə meydançadan qovuldu...
- “Qəbələ” ilə oyun çox gərgin keçdi. Novruzovun ilk dəqiqələrdən sarı vərəqəsi var idi. İkinci hissədə isə top uğrunda mübarizəni uduzdu və kobud oyuna görə ikinci sarı vərəqə aldı. Buna normal baxmaq lazımdır. Gərgin oyunlarda belə şeylər olur. Amma ümumiyyətlə, bu mövsüm “Muğan”ı gəncləşdirməyə çalışdıq. Heyətimizdə yerli gənclər var. Fikrimcə, növbəti oyunlarda baş məşqçimiz onlara güvənəcək. Əsas məqsədimiz həmin gəncləri yetişdirib futbolumuza bəxş etməkdir.
- Növbəti mövsüm üçün hədəfiniz nədir?
- Təbii ki, daha yüksək yerlər üçün oynamaq istəyirik. Buna görə də komandamızı yayda bir neçə futbolçu ilə gücləndirmək fikrimiz var.
- Digər iddialı klublar qarşılarına konkret hədəf qoyurlar. Məqsədlərini öncədən açıqlayırlar. Lakin Siz ümumi danışırsınız...
- İndidən növbəti mövsüm üçün konkret məqsəd qoymaq bir qədər düzgün alınmazdı. Ona görə də yüksək yerlər uğrunda oynayacağımızı deyirəm. Daha dəqiq hədəfimizi isə cari mövsüm başa çatdıqdan sonra yay transfer dönəmində açıqlayacağıq.
- Salyan Olimpiya Kompleksinin stadionunda vəziyyət necədir?
- Orada təmir işlərinə başlanılıb. Növbəti mövsümdən ev oyunlarımızı yenidən Salyanda keçirəcəyik.
- Tribunalardakı oturacaq sayını artırmaq fikriniz yoxdur?
- Hələ ki yox. İlk növbədə, qazon, suvarma sistemi təzələnəcək. Gələcəkdə isə tribunalara əl gəzdirəcəyik.
Elşən MƏMMƏDOV

615