“Xəzər Lənkəran” bir oyuna iki rekord vurdu
Lent.az-ın məlumatına görə, bu, Lənkəran komandasının ölkə çempionatlarında 300-cü qolu olub.
Bu yubiley topunu rəqib qapısından 45+2-ci dəqiqədə Elnur Abdullayev keçirib. 2004/2005-ci il mövsümündə çempionatda debüt edən “Xəzər Lənkəran” bu matçadək 299 dəfə fərqlənmişdi. Ötən turun “Neftçi” ilə oyununda yubileyi təxirə salan “ağ-yaşıllar” tarixi qolu doğma azarkeşləri qarşısında rəqib qapısından keçirib. “Xəzər Lənkəran” çempionatdakı yubiley qollarını səfərdə vurmağa adət etsə də, 2-ci dəfə tarixi qol Lənkəranda qeydə alınıb.
Çempionatdakı yubiley qolları
1. 07.08.2004. “Turan” – “Xəzər Lənkəran” – 1:1. Çöri İlir, 26
50. 03.05.2005. “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1. Martin Stankov, 36
100. 29.09.2006. “Gənclərbirqliyi” – Xəzər Lənkəran“ – 0:3. İlqar Qurbanov, 8
150. 02.09.2007. ABN – “Xəzər Lənkəran” – 0:4. Zaur Ramazanov, 14-pen.
200. 26.09.2008. MOİK - “Xəzər Lənkəran” – 0:4. İvan Tsvetkov, 34-pen.
250. 29.11.2009. “Bakı” - “Xəzər Lənkəran” – 0:3. İvan Tsvetkov, 57-pen.
300. 20.02.2010. “Xəzər Lənkəran” – AZAL – 2:1. Elnur Abdullayev, 45+2
Texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmayıb.
AZAL-la oyunda digər qolu Xtistu Kiaku vurub. Həm Abdullayev, həm də Kiaku “Xəzər Lənkəran” karyeralarında ilk dəfə buna nail olub. Onlar yeni klublarında keçirdikləri 2-ci oyunda qol hesablarını açıblar.
Bu matçadək 58 oyunçu “Xəzər Lənkəran”ın formasında rəqib qapısına yol tapmışdı. Nisbətən tez fərqlənən Abdullayev bu siyahıda 59-cu olubsa, rumıniyalı legioner komandanın tarixinə 60-cı qolçu kimi düşüb. Lakin “Xəzər Lənkəran”ın 60 futbolçusundan başqa daha 4 oyunçusu azarkeşləri sevindirib. Bunlar avtoqol müəllifi olan rəqiblərdir.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın 60 qolçusu arasında ən yaxşı nəticə Zaur Ramazanova məxsusdur. Ramazanov müxtəlif yarışlarda üst-üstə 44 qol vurub.

824