Arif Əsədov: “İstəsəydik, “Simurq”a daha çox qol vura bilərdik”
Xatırlayırsınız, fevralın 13-də “Xəzər Lənkəran”la oyunda təmiz penaltimizi vermədilər, amma biz heç bir etiraz etmədik, heç futbolçumuz da bu barədə etirazlarını bildirmədi. Biz bu məsələni mütəxəssislərin öhdəsinə buraxdıq”.
Lent.az-ın məlumatına görə, “Neftçi”nin baş məşqçisi Arif Əsədov futbol üzrə Unibank Premyer Liqasının XXI turunda “Simurq” üzərində əldə etdikləri 3:0 hesablı səfər qələbəsindən sonra verilən açıqlamalara belə reaksiya verib. Onun fikrincə, həmin qarşılaşma flaqman üçün ən asan oyunlardan biri olub: “Əgər bizim komanda 45 dəfə top ötürməsi edərək, topu itirmədən təhlükəli hücum edirsə və rəqib komanda topu bizdən ala bilmirsə, bu o deməkdir ki, “Neftçi” meydanda məşq edir. Hesab göz qabağındadır. Matçda topa nəzarət bizdə idi. Oyun qabağı böyük ajiotaj vardı, hər kəs rəqibin stimullaşdırıldığından danışırdı. Ancaq komandanın oyunu yenə göstərdi ki, “Neftçi” düzgün yoldadır. Komandamızın öz oyun üslubu var və buna uyğun yaxşı meydança olanda “Neftçi” qarşısıalınmazdır”.
Əsədov ilk qolu oyundankənar vəziyyətdən vurduqlarına dair iddialara da münasibət bildirib. Bir neçə dəfə epizodun təkrarına baxdıqlarını deyən baş məşqçinin sözlərinə görə, orada heç bir oyundankənar vəziyyətdən söhbət belə gedə bilməz: “Lakin mətbuatda yazırlar ki, Aydın Ələkbərov “Simurq”u “sındırdı”. Biz istəsəydik, bu görüşdə fərqi daha da artıra bilərdik”.
İkinci qol epizoduna gəldikdə, gənc mütəxəssis adi bir künc zərbəsindən yararlandıqlarını söyləyib: “Müdafiəçimiz Ruslan Abışov qol vuranadək topa 5-6 dəfə toxunuş olmuşdu. Qoy bütün komandalar öz oyunlarına fikir versinlər, necə ki, biz bunu edirik. Biz yalnız öz oyunumuza baxırıq. Liderliyimizi çempionatın sonuna qədər davam etdirmək üçün əlimizdən gələni edəcəyik”.

649