Xoşluqla getməyəcək...
21 fevral 2011 16:44 (UTC +04:00)

Xoşluqla getməyəcək...

Lent.az-ın “BBC Sport”a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis komandasının İngiltərə Kuboku ilə vidalaşmasından sonra postunu tərk etməyəcəyini bildirib.

O, yalnız klubun sahibi Roman Abramoviç tələb edəcəyi halda “Çelsi”dən gedəcəyini söyləyib. Ançelotti hazırda yalnız müdafiəçi Branislav İvanoviç və Con Terrinin yaxşı formada olduğunu, qalanlarının isə çox çalışmalarının gərəkliyini açıqlayıb.

Qeyd edək ki, “Çelsi” İngiltərə Kubokunun 1/16 finalında “Everton”a penaltilər seriyasında uduzub. Çempionlar Liqasının 1/8 finalında “zadəganlar” Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar