Ronaldo idman agentliyi açır
21 fevral 2011 16:01 (UTC +04:00)

Ronaldo idman agentliyi açır

Lent.az-ın Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, agentlik “9ine Sports & Entertainment” adlanacaq.

34 yaşlı dünya çempionu və onun agentinin biznes payı 45 faiz təşkil edəcək. Şirkətin baş ofisi San-Paulu şəhərində olacaq.

Qeyd edək ki, Ronaldo 3 dəfə (1996, 1997, 2002) FİFA versiyasında dünyanın ən yaxşı futbolçusu, 2 dəfə (1994, 2002) Braziliya millisinin heyətində dünya çempionu olub. “Yekədiş” dünya çempionatlarının final mərhələlərində 15 qol vurub ki, bu da mütləq rekord sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar