Klaudio Ranyeri istefa verdi
21 fevral 2011 13:06 (UTC +04:00)

Klaudio Ranyeri istefa verdi

Lent.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis İtaliya A seriyasının 26-cı turunda “Cenoa”ya 3:4 hesablı məğlubiyyətdən sonra ərizəsini yazıb.

Həmin oyunun gedişində “Roma” 3:0 hesabı ilə öndə olsa da, yekunda uduzub – 3:4. Matçın ardından paltardəyişmə otağına girən Ranyeri futbolçulara təşəkkür edib və komandadan getdiyini bildirib. Onun fikrincə, qərarı komandaya xeyirli olacaq.

“Roma”nın prezidenti Rozella Sensi istefanı qəbul edib. Yeni baş məşqçi fevralın 21-də açıqlanmalıdır. Bu posta Vinçentso Montella, Antonio De Rossi və Serse Kosmi namizəddir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar