“Beşiktaş” Rafael Benitesi gətirir
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, yaxın günlərdə baş məşqçi Bernd Şuster istefaya göndəriləcək.
Onun əvəzinə İtaliyanın “İnter” komandasından kənarlaşdırılmış Rafael Benites gətiriləcək. Şuster istefa xəbərlərinə konkret münasibət bildirməsə də, tezliklə ciddi qərarların veriləcəyini söyləyib: “Çox ciddi qərarların verilməsinin gərəkliyini söyləyə bilərəm. Çempionatda liderdən uzaqlaşmışıq. Avropa Liqasının 1/16 finalında öz meydançamızda Kiyev “Dinamo”suna 1:4 hesablı məğlubiyyət bizi çətin vəziyyətdə qoyub. Lakin yaxın günlərdə gələcək planlarla bağlı görünməmiş, çox ciddi qərarlar verəcəyik”.
Qeyd edək ki, “Beşiktaş” fevralın 20-də keçirilmiş Türkiyə Superliqasının XXII tur matçında əzəli rəqibi “Fənərbağça”ya 2:4 hesabı ilə uduzub və liderdən 16 xal geri düşüb.

582