Baş məşqçi Nazim Süleymanovun komandası “Xəzər Lənkəran”a uduzmasına baxmayaraq, buna nail olub. “Qəbələ”nin “Muğan”a minimal hesablı məğlubiyyətindən sonra AZAL-ın bu vəzifənin öhdəsindən gəldiyi müəyyənləşib. Beləliklə, XXII turda ilk “6-lığ”a son vəsiqənin sahibi müəyyənləşəcək. Bu, ya “Bakı”, ya da “Qəbələ” olacaq.
Hələ ötən tur bu vəzifənin öhdəsindən gələn “Qarabağ” isə səfərdə “Gəncə”ni çətinliklə yenib və ilk “3-lüy”ə iddiasını davam etdirib.
20 fevral (bazar)
“Gəncə” – “Qarabağ” (Ağdam) – 0:1
Georgi Adamiya, 72
“Muğan” (Salyan) – “Qəbələ” – 1:0
Elşən Məmmədov, 46
Qırmızı vərəqə: Tagim Novruzov, 58 (“Muğan”)
“Xəzər Lənkəran” – AZAL (Bakı) – 2:1
Elnur Abdullayev, 45+2. Xristu Kiaku, 78 - Usim Nduka, 57
19 fevral (şənbə)
“Turan” (Tovuz) – “Bakı” – 0:1
Jaba, 8
“Simurq” (Zaqatala) – “Neftçi” (Bakı) – 0:3
Rəşad Abdullayev, 11. Ruslan Abışov, 22. Flavinyo, 53
MOİK (Bakı) – “İnter” (Bakı) – 0:4
Dmitri Kruqlov, 37. David Odikadze, 45. İlia Kandelaki, 76. Volodimir Levin, 79
| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Neftçi | 21 | 13 | 6 | 2 | 39-9 | 45 |
2 | Xəzər Lənkəran | 21 | 13 | 5 | 3 | 25-11 | 44 |
3 | İnter | 21 | 12 | 4 | 5 | 23-13 | 40 |
4 | Qarabağ | 21 | 12 | 3 | 6 | 25-13 | 39 |
5 | AZAL | 21 | 9 | 8 | 4 | 27-16 | 35 |
6 | Bakı | 21 | 9 | 5 | 7 | 28-21 | 32 |
7 | Qəbələ | 21 | 8 | 6 | 7 | 19-14 | 30 |
8 | Muğan | 21 | 6 | 6 | 9 | 13-23 | 24 |
9 | Gəncə | 21 | 5 | 8 | 8 | 23-27 | 23 |
10 | Turan | 21 | 3 | 6 | 12 | 16-30 | 15 |
11 | Simurq | 21 | 2 | 6 | 13 | 12-33 | 12 |
12 | MOİK | 21 | 1 | 3 | 17 | 6-46 | 6 |
Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 15 qol.