Elnur Məmmədlidən daha bir medal
21 fevral 2011 09:42 (UTC +04:00)

Elnur Məmmədlidən daha bir medal

Lent.az-ın məlumatına görə, yarışa 8 kişi və 2 qadın idmançı ilə qatılan Azərbaycan millisi cəmi 1 bürünc medal qazanıb.

Yeganə medalı ölkəmizin aktivinə olimpiya çempionu Elnur Məmmədli yazıb. 81 kq çəki dərəcəsində çıxış edən Məmmədli isveçrəli Kristof Keller, fransalı Alen Şmit və mərakeşli Safuan Attafı yendikdən sonra yarımfinala çıxıb. Lakin finala gedən yolda cüdoçumuzun qarşısını Murat Xabaşirov kəsib.

Avropa və dünya çempionatlarının mükafatçıları Tərlan Kərimov (66 kq), Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) isə 5-ci yeri tutublar. Bu nəticə isə Azərbaycan 68 ölkə arasında 13-cü olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar