Boksçularımız erməni və bolqarı yenib, medal qazandılar
Lent.az-ın məlumatına görə, bu dəfəki yarışda rekord sayda – 22 ölkənin 150 boksçusu qələbə uğrunda mübarizə aparıb.
Azərbaycan milli komandası Yevgeni Kotovun rəhbərliyi altında turnirdə qarışıq heyətlə yarışıb. Bolqarıstana son ölkə çempionatının mükafatçıları ilə yanaşı, bəzi qaliblər də aparılıb. Komandamızın 2 üzvü – Elvin İsayev (60 kq) və Tamerlan Abdullayev (64 kq) vətənə bürünc medalla dönüblər. Abdullayevin ¼ finalda Ermənistan boksçusu Volodya Hayrapetyan üzərində qələbəsi parlaq olub. Boksçumuzun zərbələri qarşısında davam gətirməyən rəqib döyüşü davam etdirməkdən imtina edib. Sinqapurda keçirilmiş Yeniyetmələrin ilk Olimpiya Oyunlarının gümüş mükafatçısı Elvin İsayev 1/4 finalda yerli idmançı Luben Todorovu 7:0 hesabı ilə məğlub edib. İsayev yarımfinalda ingiltərəli Martin Varda uduzaraq, bürünc medalla kifayətlənib. Tamerlan Abdullayev isə finala gedən yolda Avropa çempionatının bürünc mükafatçısı ukraynalı Aleksandr Klyuçkoya uduzub.
Digər boksçularımız – Şaban Şahpələngov (52 kq), Elnur Əliyev (56 kq), Emil Məhərrəmov (69 kq), Sərxan Cabbarov (91 kq) və Fərid Paşayev (+91 kq) isə Bolqarıstanda mükafatsız qalıblar.

Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39