Arda “Çelsi”yə keçə bilər
19 fevral 2011 16:49 (UTC +04:00)

Arda “Çelsi”yə keçə bilər

Lent.az-ın “The Daily Star”a istinadən verdiyi məlumata görə, “zadəganlar” 24 yaşlı yarımmüdafiəçidən ötrü “Cim-Bom”a 15 milyon avro ödəməyə hazırdır. Agenti də Ardanın İngiltərə Premyer Liqasına yollanmağa müsbət yanaşdığını bildirib: “Müştərim İngiltərənin yalnız 5 ən güclü klubuna keçə bilər. Əgər Arda belə komandadan təklif alsa, təbii ki, qəbul edəcək”.


Qeyd edək ki, Arda Turan 2008-ci il Avropa çempionatında bürünc medal qazanmış Türkiyə yığmasının heyətində özünü yaxşı tərəfdən göstərib. Bundan sonra Ardanın müxtəlif klublardan təklif aldığına dair şayiələr yayılıb. Lakin futbolçu hələ də kapitanı olduğu “Qalatasaray”a sadiqdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601

Oxşar yazılar