28 mayda keçiriləcək final matçına biletlər 2 dəfə bahalaşıb
19 fevral 2011 14:09 (UTC +04:00)

28 mayda keçiriləcək final matçına biletlər 2 dəfə bahalaşıb

Lent.az-ın məlumatına görə, bu, 2009-cu ildə İtaliyanın paytaxtı Romada təşkil olunmuş final oyununa biletlərin qiymətindən təqribən 2 dəfə çoxdur.

“Olimpiko” stadionundakı qarşılaşmaya 90 avroya girmək mümkün olub. Ötən il isə İspaniyanın paytaxtı Madriddə “Santyaqo Bernabeu” stadionunda keçirilmiş həlledici görüşə ən ucuz biletin qiyməti 155 avro olub. Roma finalı ilə müqayisədə ikinci kateqoriyalı biletlərin dəyəri 80 faiz, yəni 140 avrodan 260 avroya yüksəlib. Birinci kateqoriyalı biletlər də bahalaşıb. Lakin 2009 və 2010-cu il finalları ilə müqayisədə cəmi 50 avro artaraq, 350 avro olub. Bütün bunlar yalnız neytral azarkeşlərə aiddir.

İki finalçı komandanın hərəsinə 25 min bilet ayrılacaq. Biletlərə minimum 95 avro qiymət qoyulacaq. Bu məbləğ Romadakı finalda 70 avro, Madriddə isə 90 avro olub. UEFA-dan biletlərin qiymətinə dair belə şərh verilib: “Biz azarkeşlərin və özümüzün maraqları arasında balansa əməl edilməsini istəyirik”.

Qeyd edək ki, Çempionlar Liqasının finalçıları 3-4 mayda keçiriləcək yarımfinal mərhələsinin cavab görüşlərindən sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar