Azərbaycan yığması martın 19-da toplanır
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Berti Foqts martın 19-da yığmamızı yenidən bir araya gətirəcək. Komandamız martın 29-da Belçika millisi ilə Brüsseldə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçına hələlik adı açıqlanmayan ölkədə hazırlaşacaq. Oyunun ertəsi toplanışa yekun vurulacaq.
Millimiz iyunun 3-də Qazaxıstanla səfərdə, bundan 4 gün sonra isə Almaniya ilə öz meydançasında oynayacağı qarşılaşmalaradək daha 6 dəfə bir araya gələcək. Komandamız 11 - 14 apreldə, 19 - 23 mayda, 25 – 31 mayda və 4 – 8 iyunda Bakıda, 1 – 3 iyunda xaricdə hazırlıq prosesində olacaq. 18 – 21 apreldə isə yığmamızın üzvləri Almaniyada tibbi müayinədən keçəcəklər.

689