Mahir Şükürov Roberto Karlosun əmək haqqından şikayət edə bilməz
18 fevral 2011 15:35 (UTC +04:00)

Mahir Şükürov Roberto Karlosun əmək haqqından şikayət edə bilməz

Lent.az-ın məlumatına görə, bunu “Sport-Ekspress”ə komandanın baş məşqçisi Hacı Hacıyev bildirib. Onun fikrincə, Pikassonun şəklinin “hansısa Vasi Pupkin”inkindən baha çıxmalı olduğunu oyunçulara izah etməyə gərək yoxdur. Hacıyev belə izahatı 1990-cı illərdə futbolçularına verdiyini, lakin hazırda Rusiya futbolunda belə problemin olmadığını söyləyib.


Baş məşqçi Roberto Karlosun “Anji”yə klubun sahibi Süleyman Kərimovun təşəbbüsü ilə transfer edildiyini təsdiqləyib. Hacıyev bildirib ki, bu keçiddə imicin rolu 60 faiz, idman amili isə 40 faiz təşkil edib. O, 38 yaşlı müdafiəçinin “Korintians”ın heyətində Braziliya çempionatındakı oyunlarını izlədiyini vurğulayıb: “Roberto Karlos “Korintians”da aparıcı oyunçulardan biri idi”.


2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olmuş Roberto Karlos “Anji” ilə 2011-ci ilin fevralın 16-da 2,5 illik müqavilə bağlayıb. O, yeni klubunda Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komanda yoldaşı olacaq. “Sambaçı” “Anji”də böyük məşqçi vəzifəsini tutan Vaqif Sadıqovun da rəhbərliyi altında çalışacaq.


Roberto Karlos hazırda təlim-məşq toplantısında olan “Anji”yə birbaşa Türkiyənin Antalya şəhərində qoşulacaq. Fevralın 19-da Bakı vaxtı ilə saat 23:50-də Antalyaya gələcək ulduz futbolçu ertəsi gün saat 11:00-da Hacı Hacıyevlə birgə mətbuat konfransı keçirəcək. Bir saat sonra təcrübəli müdafiəçi komandanın açıq məşqinə, saat 18:00-da isə yoldaşlıq görüşünə qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar