“25 ildə 25 komanda dəyişdirməyim mənim yox, Türkiyənin ayıbıdır”
Lent.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis özünü İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi Aleks Ferqyusonla müqayisə edib.
O, bildirib ki, 1986-cı ildə “Malatyaspor”da baş məşqçi kimi fəaliyyətə başladığı vaxt Ferqyuson da “qırmızı şeytanlar”a rəhbərlik edib. Ferqyusonun hələ də işini davam etdirdiyini xatırladan Vural 25 ildə 25 komanda dəyişdirməsini özünün deyil, Türkiyənin ayıbı adlandırıb: “Bu, mənim deyil, Türkiyənin ayıbıdır. Ölkəmizdə işlərinin pis getdiyi zaman nə qədər uzunmüddətli müqavilən olursa-olsun, istefaya göndərilirsən. İndiyədək 2 universitet başa vurmuşam. Məşqçilik dərslərini çox yaxşı mənimsəmişəm. Ölkəmizdə belə fikir yaranıb ki, baş məşqçilər dəyişdiriləcəyi halda hər şey dəyişəcək. Bu səbəbdən, çoxlu komanda dəyişdirməli oluruq. Biz de ailəmizi dolandırmalıyıq. Bir komandadan ayrıldığımız halda digər komandaların təkliflərini dəyərləndirmək zorunda qalırıq. İmkanları olan klublarla çalışmaq istəməyimin yeganə səbəbi imkan verildiyi qədər iş görməyi bacara bilməyimizdir. Türkiyə futboluna dəyər qatdığımı düşünürəm. Ölkəmizə bir çox oyunçu qazandırmışam”.
Qeyd edək ki, Yılmaz Vural yalnız Türkiyənin 3 nəhəng klubu “Qalatasaray”, Fənərbağça” və “Beşiktaş”da baş məşqçi kimi çalışa bilməyib. O, 3 dəfə “Bursaspor”, 2 dəfə “Antalyaspor”, 2 dəfə “Adanaspor”, 2 dəfə “Konyaspor” və hərəyə 1 dəfə “Malatyaspor”, “Samsunspor”, “Karşıyaka”, “Qaziantepspor”, “Eskişehirspor”, “Sarıyer”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Çanaqqala Dardanelspor”, “Dənizlispor”, “Diyarbəkirspor”, “Çaykur Rizəspor”, “Ankaragücü”, “Manisaspor”, “Kocaelispor” və “Kasımpaşa” komandalarına rəhbərlik edib.

655