“Bakı”nın daha bir futbolçusu zədələndi
17 fevral 2011 17:43 (UTC +04:00)

“Bakı”nın daha bir futbolçusu zədələndi

Lent.az-ın məlumatına görə, paytaxt komandasının hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkət Unibank Premyer Liqasının 21-ci turunda “Turan”a qarşı forma geyinə bilməyəcək.

Bərəkət “Bakı”nın son məşqlərindən birində əzələsini dartıb. O, bir həftə ərzində müalicə olunacaq.

Qeyd edək ki, daha öncə Aleksandr Şoliç, Ernad Skuliç, Stefan Borbikoni və Rafael Əmirbəyov da zədələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar