Braziliyalı futbolçu “Neftçi”yə qayıtdı
17 fevral 2011 17:08 (UTC +04:00)

Braziliyalı futbolçu “Neftçi”yə qayıtdı

Lent.az-ın məlumatına görə, ötən il Unibank Premyer Liqasında “Gəncə” ilə görüş zamanı zədələnmiş yarımmüdafiəçi klubun rəsmi saytına açıqlama verib.

O, Braziliyada bərpa proseslərini də başa vurduğunu və artıq fərdi məşqlərə başladığını bildirib. Da Silva fevralın 17-də səhər məşqinə qatılıb. Fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak “sambaçı”ya fərdi məşqlər keçib: “Sabahdan etibarən Mehmet Akın verdiyi tapşırıqları yerinə yetirəcəyəm. Hazırlığı onun verdiyi məşq qrafikinə uyğun davam etdirəcəyəm”.

Premyer Liqanın XI turunda “Neftçi”nin Zaqatalada “Simurq”la keçirəcəyi səfər matçına yollana bilməməsinə təəssüflənən futbolçu “Özüm komandanın yanında olmasam da, ürəyim flaqmanladır. İnanıram ki, “6-lıq” oyunlarınadək tam hazır olub, komandama kömək edə biləcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar