Azərbaycan klubunda rusiyalı legioner debüt edəcək
17 fevral 2011 09:36 (UTC +04:00)

Azərbaycan klubunda rusiyalı legioner debüt edəcək

Lent.az-ın məlumatına görə, görüşün başlamasına 3 gün qalmış hər iki komanda heyətini açıqlayıb.

Ən yüngül çəki dərəcəsində komandamızın heyətində Maqomed Əbdülhəmidov mübarizə aparacaq. Onun rəqibi polşalı boksçu Lukaş Adam Masçik olacaq. 61 kq çəki dərəcəsində “Baku Fires”in heyətində WSB liqasında rusiyalı Semyon Qrivaçyov debüt edəcək. Qrivaçyov 2009-cu ildə Bakıda keçirilmiş AİBA Prezident Kuboku turnirinin qalibidir. O, Koreya klubunun özbəkistanli idmançısı Bahodirjon Sultonovla üz-üzə gələcək. Maraqlıdır ki, bu dəfə “Pohang Poseidons”un heyətində rinqə çıxacaq bütün boksçular əcnəbilərdir. Masçik və Sultonovdan başqa, moldovalı Viktor Kotiujanski, əlcəzairliilər Abdelxafid Bençabla və Çuaib Bulodinats da Bakıya gələn heyətə daxil ediliblər.

54 kq
Maqomed Əbdülhəmidov (Baku Fires) – Lukaş Adam Maszçik (Pohang Poseidons)
61 kq
Semyon Qrivaçyov – Bahodirjon Sultonov
73 kq
Osman Əliyev – Viktor Kotijuanski
85 kq
Rizvan Əlimuradov – Abdelxafid Bençabla
91+kq
Abdulkadir Abdullayev – Çouaib Boulodinats

Qeyd edək ki, 8 turdan sonra WSB liqasında yeganə məglubedilməz komanda olan “Baku Fires” 24 xalla qrupun vahid lideridir. Koreya təmsilçisi 6 xalla qrupda sonuncu yeri tutur. “Astana Arlans” isə 16 xalla 2-ci pillədədir. “Pohang Poseidons” əvəllər “İncheon Red Wings” adlanırdı. Ancaq sponsorun dəyişməsi ilə komandanın adında da dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar