Heydər Babayevin klubu fəaliyyətini dayandırdı
16 fevral 2011 16:13 (UTC +04:00)

Heydər Babayevin klubu fəaliyyətini dayandırdı

Bu haqda Lent.az-a klubun direktoru vəzifəsində çalışmış Zülfüqar Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, hazırda “Standard”ın nəzdində heç bir komanda yoxdur, klub heç bir yarışda təmsil olunmur. Nəbiyev bu qərarı rəhbərliyin qəbul etdiyini bildirib: “Qərar maliyyə çətinliyi üzündən verilməyib. Sadəcə, indiki məqamda rəhbərlik başqa istiqamətlərdə fəaliyyət göstərməyi məqsədəuyğun sayıb. Amma gələcəkdə yenidən klubun fəaliyyətini bərpa etməsi mümkündür”.

Qeyd edək ki, “Standard” klubunun prezidenti sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir. Klubun faktiki sahibi isə Heydər Babayevin özüdür.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar