“Ramil Quliyev hər şeyi unudur”
Bu fikirləri Lent.az-a açıqlamasında atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Məhərrəm Sultanzadə deyib.
Sultanzadə sprinter Ramil Quliyevin millimizdən imtina edərək, “Fənərbağça” klubuna keçməsi və Türkiyə yığmasında çıxış etmək istəyinin səbəbini anlamadığını bildirib. Baş məşqçinin sözlərinə görə, Quliyevə ölkəmizin adından çıxış etdiyi müddətdə lazımi səviyyədə qayğı göstərilib: “Ramil nə olimpiya, nə də dünya çempionu olub. Yalnız gənclər arasında Avropa çempionluğunu qazanıb. Bununla belə, ona 2500 manatlıq dərman preparatları alınıb, şəxsi masajçı tutulub, 2009-cu ilin sonunda ölkə prezidenti mənzil verib”.
Sultanzadənin fikrincə, atletimizin yüksək hazırlıq səviyyəsinə çatmasında ali məktəbə daxil olması və hərbi xidmətə yollanmaması da az rol oynamayıb. Halbuki atletimizin Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul üçün balı çatmırmış: “Ramil imtahan verərkən, cəmi 25 bal yığmışdı. Qəbul üçün isə qabiliyyət imtahanlarından əlavə, ən azı 50 bal tələb olunurdu. O vaxt Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə ilə gənclər və idman naziri Azad Rəhimov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadədən xahiş etdilər. Bundan sonra Ramil akademiyaya qəbul oldu. Bu il o, 4-cü kursdadır. Amma qış imtahan sessiyasına gəlməyib. Şəxsi məşqçisi Oleq Muxinlə əlaqə saxladıq, dedi ki, Quliyev Azərbaycanda ona göstərilən münasibətdən inciyib. Axı onun üçün nə lazımdırsa, edilib. Bunların qarşılığında nədən inciyə bilər?”
Ramil Quliyevin əmək haqqının azlığı ilə bağlı fikirlərinə gəldikdə, Sultanzadə atletimizin “Neftçi” İdman Sağlamlıq Mərkəzinin üzvü olduğunu xatırladıb. Baş məşqçi bildirib ki, Quliyev əmək haqqından narazı idisə, bu məsələsini “Neftçi” rəhbərliyi ilə həll etməli idi: “Biz Muxinə təklif etdik ki, Ramilin “Fənərbağça”nın heyətində çıxış etməsinə etiraz etmirik. Hətta ordan aldığı maaşdan əlavə, burdakı əmək haqqını da saxlaya bilərik. Amma Azərbaycan yığmasında çıxış etsin. Lakin ondan bir cavab çıxmadı”.
Qeyd edək ki, Ramil Quliyev qardaş ölkə mətbuatına müsahibəsində Türkiyə vətəndaşlığını qəbul etdiyini bildirib.

887