Qattuzo yenə dava saldı – FOTO
16 fevral 2011 11:55 (UTC +04:00)

Qattuzo yenə dava saldı – FOTO

Lent.az-ın məlumatına görə, kütləvi toqquşmanın səbəbkarı “Milan”ın kapitanı Cennaro Qattuzo olub.

Qattuzo 58-ci dəqiqədə “Tottenhem”in futbolçusuna qarşı kobud oynayıb. Buna İngiltərə komandasının baş məşqçi köməkçisi Co Cordan sərt reaksiya verib. Əvəzində “Milan”ın oyunçusu Cordanın boğazından tutaraq itələyib. Oyundan sonra isə o, məşqçinin sifətinə kəllə atıb. Bu səbəbdən, meydançanın kənarında toqquşma baş verib.

33 yaşlı yarımmüdafiəçi “La Gazzetta dello Sport”a açıqlamasında özünə nəzarəti itirdiyini və haqsız olduğunu etiraf edib: “Bilmirəm belə hərəkətə haqq qazandırmaq olar, yoxsa... İkinci hissə boyunca Cordan müxtəlif yollarla məni təxribata çəkdi. Lakin mən ona reaksiya verməməli idi. Mən Cordanın sözlərini açıqlamaq istəməzdim. UEFA-nın istənilən qərarını qəbul edəcəyəm”.

Qeyd edək ki, Cennaro Qattuzo daha çox çılğın xarakteri ilə tanınır. O, dəfələrlə qalmaqallı olayların mərkəzində olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar