Fərid Quliyevin “Neftçi”yə qarşı oynamasına qadağa qoyulub
15 fevral 2011 17:14 (UTC +04:00)

Fərid Quliyevin “Neftçi”yə qarşı oynamasına qadağa qoyulub

Lent.az-ın məlumatına görə, buna səbəb isə iki klub arasında imzalanan müqavilədir.

Flaqmanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytında bu məsələyə münasibət bildirib: “Hazırda sabiq hücumçumuz Fərid Quliyevin növbəti turun matçında bizə qarşı oynaması mümkün deyil. Buna səbəb isə iki klub arasında imzalanan müqavilənin şərtləridir. Həmin müqaviləyə "Simurq" rəsmiləri imza atıblar, bu isə o deməkdir ki, onlar müqavilənin şərtləri ilə razıdırlar. Bilirsiniz ki, bizim başqa futbolçularımız da "Simurq"da icarə əsasında çıxış edir. Onlar əvvəlki oyunlarda komandamıza qarşı mübarizə aparıblar”.


"Neftçi"nin bütün görüşlərə yalnız qələbə üçün çıxdığını xatırladan Əsədov "Simurq"la oyunda da 3 xal hədəflədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar