Məsut Özil türk olduğunu söyüşlə boynuna aldı
15 fevral 2011 14:00 (UTC +04:00)

Məsut Özil türk olduğunu söyüşlə boynuna aldı

Lent.az-ın “Milliyet” qəzetinə istinadən məlumatına görə, Özil “kral klubu”nun “Espanyol”la səfər qarşılaşmasında yan xətt hakimini türkcə küçə söyüşü ilə təhqir edib.

O, hələ 3-cü dəqiqədə qapıçı İker Kasilyasın meydançadan qovulmasından sonra əsəblərinə hakim ola bilməyib. Özil oyun boyunca hakimin ünvanına söyüşlər yağdırıb. Xüsusən də 23 yaşlı yarımmüdafiəçi hücumda olduğu vaxt ofsayd bayrağı qaldıran laynsmana “Hadi ... işinə” deyib. 78-ci dəqiqədə yerini Lassana Diarraya buraxan Özil meydançadan çıxarkən yan xətt hakiminin anasını “yadına salıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar