“Bakı”da şok üstünə şok!
15 fevral 2011 09:16 (UTC +04:00)

“Bakı”da şok üstünə şok!

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı yarımmüdafiəçi 3 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq.

Mərkəzi Gömrük Hospitalında müayinə zamanı Soliçin sağ dizinin iç yan bağında ikinci dərəcəli dartılma aşkarlanıb. Onun martın ilk həftəsinədək oynaya bilməyəcəyi açıqlanıb. Bununla da 28 yaşlı yarımmüdafiəçi daha əvvəl zədələnən və əməliyyat olunan Ernad Skuliç, müalicə alan Stefan Borbikoni və əzələsini dartan Rafael Əmirbəyovun sırasına qoşulub.

Qeyd edək ki, “Bakı” - “Muğan” matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bununla da final mərhələsinə vəsiqə şanslarını çətinləşdirən paytaxt klubu XXI turda Tovuzda “Turan”la üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar