Azərbaycan yığması İranda döyüşəcək
14 fevral 2011 19:06 (UTC +04:00)

Azərbaycan yığması İranda döyüşəcək

Azərbaycan Taekvondo Federasiyasından Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda ölkəmizi 8 idmançı təmsil edəcək. Əsas heyət üzvlərindən Vüsal Məmmədov, Elxan İsayev (hər ikisi 54 kq), Rövşən Məmmədov, Ziya Qasımov (hər ikisi 63 kq), Sənan Əsədzadə, Namaz Heydərov (hər ikisi 74 kq), Təvəkkül Bayramov, Ceyhun Həsənli (hər ikisi 87 kq) turnirin ilk günündə mübarizə aparacaq. Vüqar Kərimov, Samir Cavadlı (hər ikisi 58 kq), İlkin Şahbazov, Səbuhi İsmayılzadə, Daşqın Hacıyev (hər üçü 68 kq), həmçinin Bayraməli Vəliyev, Rəşad Əhmədov (hər ikisi 80 kq) və Elman Əliyev (+87 kq) isə ertəsi gün döyüşəcəklər.


Taekvondoçularımız yarışa baş məşqçi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi altında yollanacaqlar. Beynəlxalq dərəcəli hakimlər Etibar İbrahimov isə “Fəcr” turnirini idarə edənlər arasında olacaqlar.

Qeyd edək ki, Urmiyadakı beynəlxalq yarış, taekvondoçularımız üçün əsasən mayda Cənubi Koreyada təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar