“UniCup” turnirinin qalibi “Futbol+” oldu
14 fevral 2011 17:17 (UTC +04:00)

“UniCup” turnirinin qalibi “Futbol+” oldu

Lent.az-ın məlumatına görə, fevralın 13-də “ABU-Arena” İdman kompleksində keçən turnirin final oyununda “Futbol+”çular gərgin mübarizədə “ANS” komandasına 4:3 hesabı ilə qalib gələ bilbilər.

Yarışın bombardirləri sırasında favorit sayılan Ülvü Əliyev final qarşılaşmasının qəhrəmanına çevrilib. Onun birinci hissədə vurduğu iki qola “ANS”çilər 6 dəqiqə ərzində 3 topla cavab versələr də, final oyunun ikinci hissəsində Asif Bağırovun qapısından keçirdiyi sərrast qollar cavabsız qalıb. Nəticədə, “Futbol+” redaksiyası turnirin əsas pul mükafatı olan 2000 AZN qazanıb. İkinci yerin sahibi kimi “ANS” komandası Bankdan 1200 AZN alacaq.

Xatırladaq ki, kütləvi informasiya vasitələri arasında keçirilən “UniCup” yarışının ümumi mükafat fondu 4000 manat təşkil edir. “Unibank” Kuboku uğrunda mübarizədə turnirdə müsabiqədən kənar çıxış edən Bankın komandası ilə bərabər, 9 media-qurumun nümayəndələri və “Unibank” Premyer-Liqasının peşəkar klublarının mətbuat katiblərinin yığması iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002

Oxşar yazılar