Yeni baş məşqçi üçün daha bir sınaq
14 fevral 2011 15:48 (UTC +04:00)

Yeni baş məşqçi üçün daha bir sınaq

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda baş məşqçi Yevgeni Kotovun rəhbərliyi altında milli komandamızın üzvləri də mübarizə aparacaqlar.


Rusiyalı mütəxəssis Bolqarıstan turnirində əsasən, “2 nömrə”ləri sınamağı qərara alıb. Bununla belə, heyətə son Azərbaycan çempionatının qalibləri – Tamerlan Abdullayevlə (64 kq), Fərid Paşayev də (+91 kq) daxil edilib. Gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngov (52 kq) və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elvin İsayev də (60 kq) məşqçilərin etimadını doğrultmağa çalışacaqlar. Uzun illər millimizin kapitanı olmuş Emil Məhərrəmov (69 kq), Elnur Əliyev (56 kq), və Sərxan Cabbarov (91 kq) da yığmamızın heyətində yer alıblar.

Qeyd edək ki, turnirə fevralın 19-da yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar