PFL prezidenti: “Komandaların iştirakı ilə tətil təşkil edəcəyik”
14 fevral 2011 14:56 (UTC +04:00)

PFL prezidenti: “Komandaların iştirakı ilə tətil təşkil edəcəyik”

Lent.az-ın məlumatına görə, bu barədə İspaniya Peşəkar Futbol Liqasının (PFL) prezidenti Xose Luis Astyasaran açıqlama verib.

Astyasaran La Liqanın növbədənkənar assambleyasında əksər klubların ölkə çempionatı matçlarından ən azı birinin icbari yayımına qarşı çıxmalarından sonra ultimatum verib. Klub rəsmilərinin fikrincə, bu öhdəlik yüksək liqa klublarının maraqlarına 10 milyonlarla avro zərər vurur. Ona görə də qanun ləğv olunmalıdır.

PFL prezidenti deyib: “İndi biz hökumətlə və parlamentdə təmsil olunan siyasi partiyalarla məsləhətləşmələr aparacağıq. İspaniya çempionatının hər turundan ən azı bir oyunun məcburi göstərilməsinə qarşı mövqe ortaya qoyacağıq. Bu, nəticə verməsə, çempionatda çıxış edən komandaların iştirakı ilə tətil təşkil edəcəyik”.

Bununla belə, Xose Luis Astyasaran Çempionlar Liqasının hər turundan bir oyunun televiziya ilə yayımı praktikasının dəyişməyəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar