“Neftçi”nin oyununda 100 min dollarlıq rüşvət iddiası
14 fevral 2011 13:51 (UTC +04:00)

“Neftçi”nin oyununda 100 min dollarlıq rüşvət iddiası

Lent.az-ın məlumatına görə, 2007-ci il avqustun 2-də Bakıda baş tutan qarşılaşmanın bolqarıstanlı baş hakimi Xristo Ristoskov “Kanal 3”ə açıqlamasında ona matçın taleyini həll etmək üçün 100 min dollar rüşvət təklif olunduğunu açıqlayıb.

Hazırda Avstriyada yaşayan Ristoskov həmin pulu almaqdan imtina etdiyini vurğulayıb. Lakin o, rüşvəti hansı komandanın təklif etdiyini deməyib. Bununla belə, 4 il öncəki görüşdə Ristoskovun rəhbərlik etdiyi hakimlər briqadasında yer alan Veselin Mişev 100 min dollarlıq rüşvət təklifindən məlumatsız olduğunu deyib: “Yalnız onu deyə bilərəm ki, Ristoskov ideal oyun idarə etdi. Biz ən yüksək qiymət aldıq”.

Qeyd edək ki, “Neftçi” hazırda Avropa Liqası adlandırılan UEFA Kubokunda 2007-2008-ci il mövsümünün I təsnifat mərhələsi çərçivəsində Avstriyada keçirdiyi ilk görüşdə “Rid”ə 1:3 hesabı ilə uduzub. Cavab görüşündə isə flaqman Branimir Subaşiç və Rəşad Sadıqovun qollarından sonra ilk yarını 2:0 hesablı üstünlüklə başa vurub. Lakin 85-ci dəqiqədə Hamdi Salihi fərqi azaldıb. Bu qol “Rid”i 2 oyunun cəmində növbəti mərhələyə yüksəldib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar